rys

Rusiya ordusu gecə ərzində Ukraynanın iki şəhəri və beş bölgəsindəki hədəflərə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələri gecə ərzində Ukraynadakı hərbi aerodromlara, hərbi-sənaye kompleksi (HSK) müəssisələrinə, eləcə də hərbi logistika mərkəzlərinə kütləvi zərbələr endirib.

Hücumlar nəticəsində Kiyev, Lvov, İvano-Frankovsk, Jitomir, Rivne, Vinnitsa və Dnepropetrovsk vilayətlərində yerləşən hərbi aerodromlar, hərbi-sənaye müəssisələri, hərbi telekommunikasiya və logistika mərkəzləri hədəfə alınıb”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: