Ermənistanın Baş naziri bildirib ki, ölkəsinin xarici siyasətinin əsas məqsədi alternativ imkanlar yaratmaqdır və Ermənistan artıq alternativsiz qalmaq niyyətində deyil.
Globalinfo.az xəbər verir ko, bu barədə “Armenpress” məlumar yayıb. Paşinyan qeyd edib ki, bu mövqeyini Rusiya Prezidenti Vladimir Putinə də çatdırıb. Onun sözlərinə görə, Ermənistan xalqı bu siyasəti dəstəkləyib və ölkə alternativ istiqamətlər üzrə fəaliyyətini davam etdirəcək.
“Putinə bildirdim ki, Ermənistan mallarının Rusiya və Avrasiya İqtisadi İttifaqı (AİB) bazarlarına ixracı zamanı yaranan çətinliklər məhz bu alternativ siyasətlə əlaqələndirilir. Rusiya tərəfi də bu siyasətin legitimliyini qəbul edir”.
Paşinyan əlavə edib ki, mövcud vəziyyət Ermənistanın deyil, AİB-in problemidir. Onun sözlərinə görə, əgər bu məsələ qısa müddətdə həllini tapmasa, bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı ola bilər. Bununla yanaşı, o bildirib ki, hazırda Ermənistanın AİB-dən çıxacağını elan etmək planı yoxdur.
Qeyd edək ki, Kremlin məlumatına əsasən, iyulun 27-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Tahir Turan