“İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün ABŞ Prezidenti Donald Trampla görüşündə Vaşinqtonun icazəsi olmadan Təl-Əvivin İrana hücum etməyəcəyini bildirib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Nəşr yazır ki, Netanyahu İranın İsrailə hücumu halında ölkəsinin cavab vermək hüququ olduğunu bildirib:
“Baş nazir Trampa İsrailin ABŞ-a İranla bağlı yeni kəşfiyyat məlumatlarınə ötürməyə davam edəcəyini söyləyib. Eyni zamanda, Netanyahu qeyd edib ki, İranla münaqişədə Vaşinqton Yaxın Şərqdəki ərəb müttəfiqlərinin mövqeyini nəzərə almalı olacaq. O, ABŞ prezidentinə İsrailin İran məsələsində Vaşinqtona tam etibar etdiyini və Trampın verdiyi istənilən qərarı dəstəkləyəcəyini əmin edib”.
Əliyar Xəlil
Globalinfo.az