WhatsApp Image 2023 03 24 at 22.09.28

Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktor toqquşub.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

İlkin məlumata görə, toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O hadisə yerində  ölüb.

Araşdırma aparılır.

Paylaş: