“ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ evdə əvvəlki görüşlərdə olduğu qədər səmimi davranmayıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, buna səbəb İranla müharibənin uzanması fonunda Trampın Netanyahuya münasibətinin soyumasıdır.
Bununla belə, Ağ evin mətbuat xidməti görüşün müsbət və məhsuldar atmosferdə keçdiyini bildirib.
Adı açıqlanmayan amerikalı rəsmi də VSJ-yə açıqlamasında iki lider arasında münasibətlərin möhkəm olaraq qaldığını deyib.
İyulun 28-də Ağ evdə keçirilən Tramp–Netanyahu görüşü təxminən bir saat yarım davam edib. ABŞ Prezidenti danışıqları “çox yaxşı” adlandıraraq, görüşdə Konqres nümayəndələrinin də iştirak etdiyini bildirib. Onun sözlərinə görə, tərəflər bir sıra mühüm məsələləri müzakirə ediblər, lakin əlavə təfərrüat açıqlanmayıb.
Əliyar Xəlil
Globalinfo.az