“İran Xəzər dənizindəki gəmilərə hücumdan sonra Ukrayanaya zərbə endirməyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Focus Ukraine” məlumat yayıb.
Həmçinin “eRadar” Teleqram kanalı İranın Ukraynanı üç ortamənzilli ballistik raketlə vura biləcəyini yazıb.
Ardınca Ukrayna KİV və sosial şəbəkələrində də bənzər məlumatların tirajlanmasına başlanılıb.
Sözügedən xəbərlə bağlı rəsmi açıqlama verilməsə də, məsələ beynəlxalq mediada ciddi müzakirə edilir.
Qeyd edək ki, iyunun 25-də Ukrayna Xəzərdə İranın yük daşıyan gəmisini vurub. Hücumdan sonra rəsmi Tehran bunun cavabı olacağını bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az