bs

“Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu davam edən münaqişələr fonunda ABŞ Prezidenti Donald Trampın dəstəyini qazanmaq üçün Ağ Evdə keçiriləcək görüşlərdə onun diqqətini cəlb etməyə çalışacaqlar”.

Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, Trampla planlaşdırılan görüşlər hər iki liderə ABŞ-ın İran və Rusiya–Ukrayna müharibəsinə dair siyasətinin qeyri-müəyyən olaraq qaldığı bir dövrdə öz gündəliklərini irəli sürmək imkanı yaradacaq:

“ABŞ-ın milli təhlükəsizlik üzrə yüksəkvəzifəli rəsmiləri Vaşinqtonla Tehran arasında gərginliyin yenidən artmasının Pentaqonun silah ehtiyatlarına mümkün təsirlərini müzakirə ediblər. Müzakirələrdə Ukraynanın da ehtiyac duyduğu Patriot hava hücumundan müdafiə sistemlərinin ehtiyatları xüsusi diqqət mərkəzində olub.

Bundan əvvəl isə mənbələr Trampın Zelenskiyə münasibətinin yenidən müsbət istiqamətdə dəyişdiyini bildirmişdilər. Onların sözlərinə görə, bu dəyişiklik son vaxtlar qlobal sammitlər çərçivəsində keçirilən bir neçə görüşdən sonra baş verib”, – deyə vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: