“Ukraynadakı müharibə qlobal qarşıdurmaya çevrilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş rəhbəri Co Kent deyib.
Onun sözlərinə görə, ABŞ Ukraynaya maliyyə dəstəyini dayandırmaq və NATO müttəfiqlərinə təzyiq göstərməklə münaqişənin başa çatmasını sürətləndirə bilərdi:
“Lakin Vaşinqton bu məsələdə kifayət qədər qətiyyət nümayiş etdirməyib və nəticədə vəziyyət getdikcə daha genişmiqyaslı qarşıdurmaya yaxınlaşır”.
Kent hesab edir ki, ABŞ Ukraynanı Rusiya ilə münaqişənin diplomatik yollarla həllinə razı sala bilər:
“Kiyev danışıqlar masasına əyləşdirilməli iid, lakin Vaşinqton bu siyasəti ardıcıl şəkildə həyata keçirmədi”.
Əliyar Xəlil
Globalinfo.az