Rusiya Ermənistanla uzaqlaşma fonunda Hind okeanında yerləşən Madaqaskarla əlaqələrini genişləndirmək üçün diplomatik fəallığını artırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Belə ki, Moskvanın bu ölkəyə artan marağının əsas səbəbi Madaqaskarın strateji mövqeyidir.
Ada dövləti dünya üzrə xam neft daşımalarının təxminən üçdə birinin həyata keçirildiyi Mozambik kanalının yaxınlığında yerləşir.
Nəşr yazır ki, Madaqaskar dünyanın ən böyük ada dövlətlərindən biri olsa da, əhalisinin sıxlığı nisbətən aşağıdır və ölkə iqtisadi baxımdan dünyanın ən kasıb dövlətləri sırasında yer alır.
“Bloomberg”in qiymətləndirməsinə əsasən, Madaqaskarın beynəlxalq diplomatik təsiri və iqtisadi çəkisi məhdud olsa da, onun coğrafi mövqeyi böyük dövlətlərin diqqətini cəlb edir. Bu səbəbdən Rusiya yeni hakimiyyətlə münasibətləri inkişaf etdirməyə və bölgədə təsir imkanlarını artırmağa çalışır.
Tahir Turan
Globalinfo.az