“ABŞ-a səfərim zamanı Prezident Donald Trampla gündəlikdə olan bütün məsələləri, o cümlədən İranla bağlı vəziyyəti müzakirə edəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a yola düşmədən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Netanyahu Trampla görüş üçün Vaşinqtona getdiyini bildirib:
“Bu,onunla ikinci dəfə prezident seçildikdən sonra 8-ci görüşüm olacaq. Baş nazir kimi təcrübəm göstərir ki, bu çətin dövrlərdə böyük qətiyyət və müdrikliklə hərəkət etmək lazımdır”.
Əliyar Xəlil
Globalinfo.az