beqayi 0

İran “neftin qulu” deyil”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi Hörmüz boğazının bağlanması nəticəsində neft sektorunda yaranan böhranla bağlı sualı cavablandırarkən deyib.

“Bizim üçün əsas məsələ milli maraqlar və məqsədəuyğunluqdur. Bu məsələ ilə bağlı qərarlar İran İslam Respublikasında qərar qəbul edən bütün qurumların iştirakı ilə tam şəffaf və aydın prosedur əsasında verilir. Xarici İşlər Nazirliyi də həmin qurumlardan biridir.

Şübhəsiz ki, biz heç vaxt ABŞ-a müharibənin və ya sülhün nə vaxt olacağını müəyyən etməyə imkan verməmişik və verməyəcəyik. Maraqlarımız tələb etdiyi müddətdə özümüzü müdafiə edəcəyik.

Milli maraqlarımızın qorunması üçün diplomatiya vasitəsinin istifadə oluna biləcəyini hiss etdiyimiz hər an ondan mütləq yararlanacağıq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: