Rusiya qoşunları Odessa vilayətinə hücum edərək yaşayış məntəqələrinə və mülki infrastruktura zərər vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin deyib.
“Odessaya hücum nəticəsində fərdi yaşayış binasına və yaxınlıqdakı təxminən on evə ziyan dəyib. İlkin məlumata görə, 65 yaşlı kişi yaralanıb. Tibb işçiləri bütün lazımi yardımı göstərirlər. İnfrastruktur da zədələnib”, – deyə o vurğulayıb.
Məlumata görə, hazırda Təcili yardım xidmətləri hadisə yerində işləyir. İtkilər və hücumun nəticələri barədə məlumatlar dəqiqləşdirilir.
Əliyar Xəlil