e6h4084Xca0A5mmW

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan İrana səfəri çərçivəsində bu ölkənin neft naziri Möhsün Paknejad ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, iranlı nazir çətin anlarda Ermənistanın göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, Tehranın öz imkanları daxilində şimal-qərb qonşusu ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. 

O qeyd edib ki, iki ölkə arasında mövcud enerji tərəfdaşlığı “qaz müqabilində elektrik” prinsipinə əsaslanır.

Paknejad İranın təbii qaz ixracını genişləndirməyi hədəfləyən yeni ticarət modeli təklif etdiyini açıqlayıb. 

Paknejad əlavə edib ki, təklifin həyata keçirilməsi üçün mövcud infrastrukturun hərtərəfli qiymətləndirilməsi və Ermənistandan regional tranzit dəhlizi kimi istifadə etməklə Ermənistan bazarından kənarda qaz ticarətinin genişləndirilməsinin mümkünlüyü vacibdir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: