tim sihi

ABŞ-ın Respublikaçılar Partiyasından senatoru Tim Şihi Senatda çıxışı zamanı İranın dini-siyasi ideologiyasının yayılması ilə bağlı xəbərdarlıq edib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, İranın 47 il əvvəl ABŞ-a qarşı müharibəyə başladığını və bunu Vaşinqtonun bitirəcəyini bildirib.

“İndi bu problemin həll olunmasının vaxtıdır, amerikalıların növbəti nəsli belə qəddar və amansız düşmənlə döyüşmək məcburiyyətində qalmamalıdır”, – senator deyib.

Şihi qeyd edib ki, bu gün ABŞ-ın üz-üzə qaldığı İran rejimi anlaşma istəmir:

“Onlar kimin lehinə səs verdiyinizə, necə ibadət etdiyinizə və ya harada yaşadığınıza önəm vermirlər, hamımızı öldürmək istəyirlər. Bunu təkcə demirlər, edirlər, artıq 47 ildir bunu davam etdirirlər”.

Senator vurğulayıb ki, bu müharibə 47 il əvvəl ekstremist və terrorçu bir qrup tərəfindən başlanıb. Onun sözlərinə görə, həmin qrup zorakılıq yolu ilə hakimiyyəti ələ keçirib və ölkənin böyük neft ehtiyatlarından xalqın rifahı üçün yox, öz ideologiyasını yaymaq üçün istifadə edib:

“Onlar hakimiyyəti zorakılıq, güc və vəhşilik yolu ilə ələ keçirdilər. Hakimiyyətə gəldikdən sonra öz xalqını azad və dünyanın ən böyük neft ehtiyatlarından məktəblər və körpülər tikmək üçün istifadə etmədilər. Hakimiyyəti öz xalqını öldürmək və nifrət dolu ideologiyalarını bütün dünyaya yaymaq üçün ələ keçirdilər”.

Şihi əlavə edib ki, İranın radikal ideologiyası təkcə Bəsrə körfəzi və ya İsraillə məhdudlaşmır:

“Onlar bunu hər yerdə etmək istəyirlər. Bu, qlobal ekstremist ideologiyadır”.

Paylaş: