WhatsApp Image 2026 01 21 at 02.16.54

“İranın məhkəmə hakimiyyəti ABŞ Prezidenti Donald Trampİsrail Baş naziri Benyamin Netanyahu barəsində məhkəməyə müraciət etməli, məhkəməyə gəlməyəcəkləri təqdirdə isə qiyabi qisas hökmü çıxarmalıdır”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran parlamentinin deputatı və sabiq xarici işlər naziri Manuçöhr Möttəki deyib.

“Əldə etdiyim məlumata görə, beynəlxalq kanallar vasitəsilə Ağ Evə müraciət edilib, onların qəbul edildiyini təsdiqləyən bildirişlər İranın məhkəmə hakimiyyətinə geri qaytarılıb”, – o bildirib.

Möttəki əlavə edib ki, TrampNetanyahu İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürülməsindəki rollarını etiraf edib.

Sabiq nazir İranın keçmiş ali rəhbəri Ruhullah Xomeyninin hindistanlı yazıçı Salman Rüşdi ilə bağlı fətvasına istinad edərək vurğulayıb:

“İranın Ali rəhbəri Müctəba Xamenei də Tramp və Netanyahunun barəsində çıxarılan qisas hökmünün icrasını dünyanın azad insanlarına həvalə edib. Bu şəxslərə çıxışı olan hər kəs həmin hökmü icra etməlidir”.

Paylaş: