ebola

Konqo Demokratik Respublikası və Uqandada Ebola səbəbindən ölənlərin sayı 1000 nəfəri ötüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin məlumatına görə, 21 iyul tarixinə olan vəziyyətə əsasən, Ebola səbəbindən ölənlərin ümumi sayı 1001 nəfərə (Konqo Demokratik Respublikasında 999, Uqandada isə 2 nəfər) çatıb, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı isə 2494 təşkil edir.

Qeyd edək ki, ebola epidemiyası mayın 15-də Uqanda və Cənubi Sudanla sərhəddə yerləşən İturi əyalətində başlayıb.

Paylaş: