
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəyi ilə bağlı maraqlı bənzətmə aparıb.
Globalinfo.az xəbər verir ki, o, teleqram kanalında paylaşdığı videoda otaqdan çıxmağa çalışan kiçik bir quşun hekayəsi ilə Ermənistanın vəziyyətini izah edib.
Videoda quşun saatlarla bağlı pəncərəyə çırpıldığı, lakin yaxınlıqdakı açıq qapını görmədiyi əks olunur.
Meloni Fars körfəzi ölkələrinə elan olunmamış səfər etdi
“Bu kiçik quş yeddi-səkkiz saatdır şüşəyə dəyir. Qarşısında açıq yer gördüyünü zənn edir, amma pəncərə bağlıdır. Halbuki yaxınlıqda açıq qapı var. Tariximiz haqqında bilməli olduğunuz budur”, – deyə Paşinyan bildirib.
Baş nazir bu bənzətmə ilə Ermənistanın köhnə yanaşmalardan imtina etməsinin, yeni yollar axtarmasının və məqsədlərinə fərqli üsullarla çatmasının vacibliyinə işarə edib.
Tahir Turan
Globalinfo.az