WhatsApp Image 2025 09 22 at 15.28.57 1

Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan briqada generalı İbrahim Büyükbaş 2016-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd cəhdi hazırlandığını bildirib.

Globalinfo.az xəbər verir ki, general bu barədə mühüm detalları açıb.

Türkiyə Prezidenti 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən bir müddət əvvəl hərbi təlimlərdə iştirak etməli idi, lakin “şübhəli fəaliyyət” aşkar edildikdən sonra plan ləğv edildi. Sonradan Ərdoğana qarşı sui-qəsdin 1981-ci ildə Qahirədə keçirilən hərbi parad zamanı Misir prezidenti Ənvər Sədatın öldürülməsinə bənzər şəkildə planlaşdırıldığı məlum olub”, – İ.Büyükbaş vurğulayıb.

Enver sedat sui qesd

Ənvər Sədatın öldürülməsi

Təqaüdçü generalın sözlərinə görə, Türkiyədə hərbi çevrilişə cəhd edən FETÖ-nün tərəfdarları Ərdoğan qaçırıb Dalaman hava limanına aparmağı, xarici aviaşirkətin təyyarəsinə mindirməyi və orada öldürməyi planlaşdırırdılar.

Qeyd edək ki, Türkiyə hakimiyyət orqanları hələlik generalın açıqlamalarına münasibət bildirməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: