ABŞ-İran müharibəsinin əsas hədəflərindən birinin Hörmüz boğazı keçişli enerji xəttinə alternativ layihələrin işə salınması olduğu iddia edilir. ABŞ-ın artan təzyiqi fonunda bu iddia son günlər daha da ciddiləşib.
Analitiklərin fikrincə, bir neçə gün əvvəl İraqın Baş naziri Əli əl-Zeydinin ABŞ-da imzaladığı bir çox sənəd bunu təsdiqləyir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp da eyni fikri bildirib:
“İndi Hörmüz boğazına alternativin tapılması rəsmi Vaşinqton üçün çox əhəmiyyətlidir. Çünki Hörmüz İranın ABŞ-a qarşı əsas “kartıdır”. Hazırda Vaşinqton Tehranın əlini zəiflətməyə çalışır.
ABŞ-ın səyləri anlaşılandır. Yəqin ki, müzakirələr davam edəcək. Lakin yaxın zamanda ciddi nəticənin əldə olunacağını düşünmürəm. Hər halda, bu, 3-5 günün işi deyil.
Lakin bir reallıqda var ki, yeni layihələr həm riskli, həm də bahalıdır. Bu isə icra məsələlərini çətinləşdirir. Yeni lahiyə təklifi olsa da, reallaşması olduqca çətindir”.
Turan Rzayev
Globalinfo.az