Nazirlər Kabineti 22 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib.
Globalinfo.azMəktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 manat, digər regionlar üzrə isə 250 manat məbləğindən çox olmamaqla nəzərdə tutulur.
Layihələrin icra müddəti 10 aydan çox olmamalıdır. Layihə üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş məqsədli vəsait həcmində həyata keçirilir.
Qərarla müsabiqənin keçirilməsi üçün Nazirlik tərəfindən tərkibi Nazirliyin əməkdaşlarından ibarət olmaqla ən azı 5 nəfərdən ibarət İşçi qrup yaradılır.
X X X
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, müxtəlif qoruyucu burunaltılıların 1 cütünün idxalı üçün gömrük rüsumları 2028-ci il iyulun 31-nə qədər 9 ABŞ dolları olacaq. Bundan əvvəl həmin müddət bu il iyunun 30-na qədər müəyyən edilmişdi.