bb

Qətərdə keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 12-dən etibarən dörd günlük ümummilli matəm elan olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Qətər əmirinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, matəm günlərində dövlət bayraqları yarıyadək endiriləcək:

“İyulun 13-dən isə nazirliklər və digər dövlət qurumlarının fəaliyyəti müvəqqəti dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-da işə qayıdacaqlar”.

Xatırladaq ki, Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib.

Paylaş: