Mərakeş millisinin azarkeşləri 2026-cı il dünya çempionatının 1/4 finalında Fransaya məğlubiyyətdən (0:2) sonra Londonda iğtişaşlar törədiblər.
Globalinfo.az xəbər verir ki, azarkeşlər avtomobillərin üzərinə çıxıb, yolları bağlayıb, fişənglər atıblar.
Şəhərin bir neçə rayonunda polis ilə toqquşmalar və dağıntılar qeydə alınıb.
Parisdə isə kütləvi iğtişaşların qarşısını almaq mümkün olub.
Fransa hakimiyyəti qarşılaşmadan əvvəl küçələrə əlavə polis qüvvələri cəlb etdiyindən vəziyyət nəzarət altında saxlanılıb.
Qeyd edək ki, Fransa millisi 1/4 finalda Mərakeşi 2:0 hesabı ilə məğlub edərək ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlib.
Matçın 60-cı dəqiqəsində Kilian Mbappe hesabı açıb, 66-cı dəqiqədə isə Usman Dembele fərqi iki topa çatdırıb.
Fransa yarımfinalda iyulun 10-da keçiriləcək İspaniya-Belçika matçının qalibi ilə qarşılaşacaq.
ABŞ, Meksika və Kanadada təşkil olunan 2026-cı il dünya çempionatı iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Turnirin son qalibi Argentinadır.
Əliyar Xəlil
Globalinfo.az