Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müxalif “Güclü Ermənistan” blokunun lideri və iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini daha iki ay uzadıb.
Globalinfo.az xəbər verir ki, qərarı məhkəmə iclasında hakim Vahe Dolmazyan elan edib.
İclas yerli televiziya kanalları vasitəsilə canlı yayımlanıb.
“Məhkəmə ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasını zəruri hesab edir. Buna görə də Samvel Karapetyanın ev dustaqlığı daha iki ay müddətinə uzadılır”, – deyə hakim qərarı açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az