ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavininin oğlu Ukraynada müharibədə öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İmportant Stories” nəşri məlumat yayıb.
Bildirilib ki, Maykl Qloss MKİ-nin rəqəmsal innovasiyalar üzrə direktor müavini Culian Qallina Qlosun oğludur.
“O, 2002-ci ildə ABŞ-da hərbçi ailəsində anadan olub. Anası Culian 30 ildən çox Hərbi Dəniz Qüvvələrində xidmət edib, hərbi və mülki kəşfiyyatda, eləcə də müdafiə sənayesində çalışıb. Son altı ildir ki, o, Mərkəzi Kəşfiyyat İdarəsində işləyir. 2024-cü ilin fevralında o, rəqəmsal innovasiyalar üzrə direktor müavini təyin edilib”.
Maykl Qloss Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və Ukraynaya qarşı döyüşüb:
“13 avqust 2023-cü ildə Qlos Rusiyaya gəlib. O, dəqiq bir plan olmadan səyahət edib, Stalin və Lenin haqqında icmalara abunə olub. Öz səhifəsində Prezident Vladimir Putinlə videolar yerləşdirib. Sentyabr ayında vizasının müddəti bitmək üzrə olanda o, Moskvanın Yabloçkova küçəsində yerləşən hərbi komissarlığa gedib və Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb”.
Günay Rəsulqızı
Globalinfo.az