İsrail Baş naziri Benyamin Netanyahu dünya liderləri ilə apardığı gizli görüşlərdən danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
“Dünyada bir çox lider açıq şəkildə İsraili dəstəkləməkdən çəkinir. Lakin mənimlə qapalı görüşlərdə tamamilə fərqli danışırlar.
Mənə deyirlər: “Cənab Baş nazir, biz sizinləyik. Ölkələrimizdə ictimai rəy bunu açıq şəkildə deməyə imkan vermir, amma sizə heyranıq. Yardımınıza ehtiyacımız var”.
Netanyahu bildirib ki, bir çox ölkə İsrailin hərbi, kəşfiyyat və texnoloji imkanlarından faydalanmağa çalışır.
Onun sözlərinə görə, həmin liderlər İsrailin “radikal İslam”a qarşı apardığı mübarizəyə görə ölkəyə böyük rəğbət bəsləyirlər:
“Xarici liderlər tez-tez məndən soruşurlar ki, bu qədər kiçik ölkə olaraq bu gücü haradan alırıq. Mən isə deyirəm ki, bu, gələcəyini qorumaqda qərarlı olan qədim xalqın dözümlülüyündən qaynaqlanır”.
Günel Cəlil
Globalinfo.az