abs herbcileri esgerleri yeni10

ABŞ Müdafiə Nazirliyi Venesuelada baş verən zəlzələlərdən zərər çəkənlərə yardım göstərmək üçün təxminən 2 min hərbçini səfərbər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri, general Frensis Donovan məlumat verib.

“Hazırda ABŞ Müdafiə Nazirliyinin Venesuela ətrafında – quruda, havada və dənizdə – təxminən 2 min əməkdaşı fəaliyyət göstərir. Onlar hər gün yorulmadan axtarış-xilasetmə əməliyyatlarına dəstək verir, həmçinin zəruri humanitar yüklərin çatdırılmasını təmin edirlər”, – deyə o bildirib.

General vurğulayıb ki, ABŞ hərbçiləri iş tam başa çatana qədər Venesuelaya yardım göstərməyə davam edəcəklər.

Venesuela hakimiyyətinin son məlumatına görə, iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində 2295 nəfər həyatını itirib, 11,2 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Dağıntılar altından 6461 nəfər sağ çıxarılıb. Hazırda təxminən 30 min zərərçəkən müvəqqəti sığınacaqlarda qalır.

Günel Cəlil
Globalinfo.az 

Paylaş: