Vaşinqton Avropa İttifaqının Rusiyaya qarşı mümkün yeni sanksiyalara qoşulmasını istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.
Rubionun sözlərinə görə, Aİ bir sıra məhdudiyyətlərin ABŞ tərəfindən tətbiq edilməsini xahiş edib və indi həmin qərarlara Avropanın dəstəyi vacibdir.
Daha əvvəl bəzi Avropa ölkələri rusiyalı turistlərin bloka daxil olmasına tam qadağa qoyulmasını təklif edib. Diplomatik mənbələr isə qeyd edir ki, Rusiyaya qarşı hazırlanan 19-cu sanksiyalar paketi Şengen vizalarının verilməsində daha sərt şərtləri əhatə edə bilər.
Tahir Turan
Globalinfo.az