Ermənistan Konstitusiya Məhkəməsi müxalifət partiyalarının parlament seçkilərinin nəticələrinə etiraz olaraq təqdim etdiyi iddialara baxışı başa çatdırıb.
Globalinfo.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan deyib.
“İş üzrə məhkəmə baxışı yekunlaşıb. Qərar iyulun 4-ü günün sonunadək açıqlanacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinə “Güclü Ermənistan” və “Ermənistan” blokları, eləcə də “Çiçəklənən Ermənistan”, “Birliyin Qanadları”, “Demokratiya, Qanun, İntizam”, “Respublika naminə Demokratiyanın Müdafiəçiləri İttifaqı” və “Yeni Güc” partiyaları müraciət ünvanlayaraq parlament seçkilərinin nəticələrinin etibarlılığına etiraz ediblər.
İş üzrə üçüncü tərəf qismində isə hakim “Vətəndaş Müqaviləsi” Partiyası tanınıb.
Əliyar Xəlil