“16 min 938 müəllim yeni fənlər üzrə sertifikatlaşdırma imtahanına cəlb olunub”.
Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, tarix fənni üzrə imtahanda iştirak edən 5571 müəllimdən 4194-ü, fiziki tərbiyə fənni üzrə 5419 müəllimdən 4516-sı, texnologiya fənni üzrə 2948 müəllimdən 2555-i, təsviri incəsənət fənni üzrə 1689 müəllimdən 1405-i uğur qazanıb.
Musiqi fənni üzrə isə imtahanda iştirak edən 1311 müəllimdən 1041-i uğurlu nəticə əldə edib.
Emin Əmrullayev vurğulayıb ki, sertifikatlaşdırma prosesində heç kim üçün xüsusi şərait yaradılmayıb və hər bir müəllim yüksək nəticəni öz biliyi hesabına əldə edib.
Zaira Akifqızı
Globalinfo.az