
Avropada anomal istilər davam edir.
Globalinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir sıra ölkələrdə temperatur rekord həddə çatıb.
Almaniyanın Meteorologiya Xidmətinin məlumatına görə, ölkədə ilkin rekord Saksoniya-Anhalt əyalətinin Mökern-Drevitz bölgəsində qeydə alınıb.
Burada havanın temperaturu 41,5 dərəcəyədək yüksəlib.
Hətta, vəziyyət o həddə çatıb ki, şəhər polisi suçiləyən maşınlarla əhaliyə yardım göstərib.
Fransada da güclü istilər səbəbindən yeni temperatur rekordları qeydə alınıb. Ölkənin bir sıra bölgələrində termometrlər 40 dərəcəni ötüb. Meteoroloqlar bu göstəricilərin iyun ayı üçün rekord səviyyəyə yaxın olduğunu bildirirlər.
Ümumdünya Meteorologiya Təşkilatı xəbərdarlıq edərək bildirib ki, davam edən isti hava dalğası insanların sağlamlığına, kənd təsərrüfatına və ekosistemə ciddi mənfi təsir göstərə bilər. Bir sıra ölkələrdə meşə yanğınları riskinin də artdığı qeyd olunur.