Ermənistanın iqtisadiyyat naziri Garik Papoyan Rusiyanın sənaye və ticarət naziri Anton Alikhanova məktub göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nazir həmkarından iyulun 6-7-də Yekaterinburq şəhərində keçiriləcək ticarət-iqtisadi forumda iştirak etməsinə imkan yaradılmasını xahiş edib.
“Papoyan Rusiya tərəfi ilə Ermənistandan ixrac problemlərini və Rusiyanın tətbiq etdiyi sanksiyalarla bağlı məsələləri müzakirə etmək niyyətindədir. Lakin indiyədək məktuba cavab verilməyib. Rusiyada Papoyanın forumda iştirak müraciətinin rədd edilməsi və ya qəbul edilərək forum zamanı onun müəyyən mənada alçaldılması variantları müzakirə olunur.
Belə görünür ki, hakimiyyət Ermənistan–Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində addımlar atmağa çalışır”, – deyə qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az