Slovakiyanın Baş naziri Robert Fitso Qələbə Günü şənliklərində iştirak üçün Moskvaya gedəcək.
Globalinfo.az xəbər verir ki, o, müvafiq açıqlamanı partiyasının “YouTube” kanalında yayımlanan videoda verib.
“Moskvada faşizm üzərində qələbənin qeyd edilməsində iştirak edəcəyəm”, – deyə o bildirib.
Siyasətçi həmçinin İkinci Dünya müharibəsi ilə bağlı digər anım tədbirlərində iştirak etmək niyyətində olduğunu qeyd edib. Xüsusilə, o, 1944-cü ildə Fransanın Normandiya şəhərinə eniş edən əsgərlərə təşəkkür etmək üçün 6 iyunda keçiriləcək mərasimdə də iştirak etməyi planlaşdırır.
Tahir Turan
Globalinfo.az