111112121121

Vətəndaş Səbinə Ələkbərova ona məxsus yüngül konstruksiyalı tikilinin sökülməsi ilə bağlı məhkəmə çəkişməsi başladığını bildirib.

O, Globalinfo.az-a açıqlamasında deyib ki, Azər Sərdarov adlı şəxs Xətai rayonu S.Vəzirov 11 küçəsində yerləşən tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət edib. A.Sərdarov ya 130 min manat ödənilməsini, ya da sahəsi guya 45 kvadratmetr olan tikilinin sökülməsini tələb edir.

Ələkbərova bildirir ki, mübahisənin başlanğıcında iddiaçı məhkəməyə müraciət edərək ona məxsus tikilinin sökülməsini istəyib:

“Azər Sərdarov iddia ərizəsində tikilidə partlayıcı və tezalışan maddələrin saxlanıldığı, ətrafda səs-küy yarandığı və yaşayış üçün təhlükə yaratdığı kimi halların qeyd olunduğunu deyir. O, həmçinin rəsmi qaydada 130 min manat tələb edib və bu məbləğin ödəniləcəyi halda şikayətdən imtina edəcəyini bildirib. Biz də onun tələbi ilə razılaşmadığımız üçün məhkəmə prosesi davam etdi. Birinci instansiya məhkəməsi iddianı təmin etmədi. Daha sonra qarşı tərəf apellyasiya şikayəti verib”.

S.Ələkbərova apellyasiya iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun qaydada məlumatlandırılmadığını, buna görə iclasda iştirak edə bilmədiyini deyir:

“Hətta əvvəl razılıq əldə olunmuşdu, rəsmi şəkildə ərizə yazıb, şikayətçi olmadığını bildirmişdi. Maraqlıdır ki, apellyasiya məhkəməsi digər tələbləri rədd etsə də, 45 kvadratmetr sahəsi olan tikilinin sökülməsi barədə qərar qəbul edib. Faktiki olaraq orada 45 kvadratmetrlik tikili yoxdur. Məhkəmə sadəcə, Sərdarovun sözü ilə belə qərar qəbul verib. İcra mərhələsində aparılan ekspertiza nəticəsində həmin ölçüdə tikilinin faktiki mövcud olmadığı, real tikilinin 32 kvadratmetr olduğu da sübuta yetirildi. Bu səbəbdən icra orqanı qərarın icrasının mümkün olmadığını bildirərək məhkəməyə müraciət edib. Daha sonra rayon icra hakimiyyəti nümayəndələri, baş memar və digər səlahiyyətli şəxslərin iştirakı ilə əraziyə baxış keçirildi və tikililərin qanunvericiliyə uyğun inşa edildiyi barədə akt tərtib olundu”.

WhatsApp Image 2026 06 23 at 14.25.24

S.Ələkbərova bu sənədlərin məhkəməyə təqdim edildiyini, lakin nəzərə alınmadığını deyir:

“Hətta iddiaçı sonradan məhkəməsiz 100 min manat tələb etdi və bu məbləğin verilməyəcəyi halda müxtəlif dövlət orqanlarına şikayətlər ediləcəyini bildirdi. Bizə deyirdi ki, mənim vəzifədə adamlarım var, başınıza oyun açacağam”.

Səbinə Ələkbərova hesab edir ki, məhkəmə qərarları və icra hərəkətləri tam araşdırılmayıb, təqdim edilən sübutlara hüquqi qiymət verilməyib.

“Tikililər çıxarışsız olsa da, icra hakimiyyətinin sərəncamı əsasında istifadəyə verilib. Həmin tikililər sosial məqsədlərlə istifadə olunub, burada müxtəlif xidmət sahələri fəaliyyət göstərib və əraziyə maneə yaradılmayıb”.

Ələkbərova hazırda hüquqlarının müdafiəsi üçün yenidən məhkəməyə müraciət etməyə hazırlaşır. O qeyd edir ki, təqdim edilən rəsmi sənədlər, ekspert rəyləri və icra hakimiyyətinin sərəncamı tikilinin qanunauyğun olduğunu təsdiq etsə də, bu sübutlara hüquqi qiymət verilməyib.

Onun sözlərinə görə, iş üzrə əsas mübahisə sonradan sənədlərə edilən əlavələrlə bağlıdır. Səbinə Ələkbərova iddia edir ki, orijinal sərəncamda olmayan bəzi qeydlər sonradan sənədin surətinə əlavə olunub və bu da məhkəmə qərarına təsir edib:

Məhkəmə sənədin əsli ilə surətini müqayisə etməli və fərqlər araşdırılmalıdır. İddiaçının əvvəlki şikayətlərində yanğın təhlükəsi, səs-küy və digər hallar qeyd olunsa da, bu iddiaları təsdiqləyən sübutlar təqdim edilməyib”.

S.Ələkbərova bütün sübutların birlikdə araşdırılmasını və ədalətli qərar verilməsini xahiş edir. Onun sözlərinə görə, qanunvericiliyə əsasən icra zamanı borcluya könüllü icra üçün vaxt verilməlidir, lakin bu mərhələ gözlənilmədən icra tədbirlərinə başlanılıb ki, bu da əlavə xərclər yaradır.

WhatsApp Image 2026 06 23 at 14.25.12

Səbinə Ələkbərova daha bir maraqlı fakta toxunub:

“KAT LTD”nin rəhbəri olan atası Elçin Ələkbərov bir müddət öncə xarici vətəndaş olan şərikinin şikayəti əsasında həbs olunub. Bundan sonra Pavelas adlı şəriki Azər Sərdarovla görüşüb və problemlər bu görüşlərdən sonra yaranıb”.

Məsələ ilə bağlı Globalinfo.az Azər Sərdarovla əlaqə saxlayıb.

O, bütün deyilənləri təkzib edib:

Məhkəmə qərarı var və orada hər şey açıq şəkildə göstərilir. İş üzrə Apellyasiya Məhkəməsi dəfələrlə baxış keçirib və hər dəfə mübahisəli tikilinin qanunsuz olması və sökülməsi barədə qərar qəbul edib. Belə çıxır ki, məhkəmələr yalan qərar qəbul ediblər? 16 iyun tarixli məhkəmə qərarı var”.

A.Sərdarov şikayəti geri götürməsi barədə ərizə yazmadığını da bildirib:

“12 sentyabr 2024-cü il tarixli ərizəmdə qətnaməyə düzəliş edilməsi barədə müraciət etmişəm. Həmin müraciətdə beş məsələ qaldırmışam. Lakin məhkəmə həmin məsələlərin yalnız bir hissəsinə baxıb, digər tələblərə isə münasibət bildirməyib. Həmin ərizədə mən həmçinin 100 min manat məbləğində kompensasiya tələbi irəli sürmüşəm. Sonradan əlavə ərizə ilə həmin kompensasiya tələbindən könüllü şəkildə imtina etmişəm. Hazırda mənim heç bir maddi tələbim yoxdur. Mən nə kompensasiya, nə də başqa hər hansı maddi tələb irəli sürürəm. Yeganə istəyim odur ki, əgər məhkəmə qərarı qanuni qüvvəyə minibsə və icra olunmalıdırsa, həmin qərar qanunun tələblərinə uyğun, düzgün və obyektiv şəkildə icra olunsun. Əgər qərarın icrası faktiki olaraq mümkün deyilsə və ya qərarda göstərilən tikili mövcud deyilsə, bu hal da hüquqi qaydada araşdırılsın və müvafiq hüquqi qiymət verilsin. Mənim məqsədim yalnız iş üzrə həqiqi halların müəyyən edilməsi və qanunun aliliyinin təmin olunmasıdır”.

Azər Sərdarov Pavelas adlı şəxslə əlaqəsi olmadığını və görüşmədiyini qeyd edib.

Globalinfo.az məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə sorğu ünvanlayıb.

WhatsApp Image 2026 06 23 at 11.30.58 WhatsApp Image 2026 06 23 at 11.31.00 3 WhatsApp Image 2026 06 23 at 11.31.00 2 WhatsApp Image 2026 06 23 at 11.31.00 1 WhatsApp Image 2026 06 23 at 11.31.00

Paylaş: