Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən Rusiya-ASEAN sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Globalinfo.az xəbər verir ki, görüş sammit iştirakçılarının rəsmi qarşılanma mərasiminin keçirildiyi Qaliaskar Kamal adına Tatar Dövlət Akademik Teatrında baş tutub.
Hakan Fidan Putinlə görüşdən əvvəl rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb. O bildirib ki, Ankara Rusiya və Ukrayna arasında mümkün danışıqlara gələcəkdə də ev sahibliyi etməyə hazırdır və diplomatik prosesə qayıdışı prioritet hesab edir.
Fidan həmçinin mülki şəxslərə qarşı hücumları qəbul etmədiklərini və prinsipial şəkildə pislədiklərini vurğulayıb.
Səfər çərçivəsində Türkiyə XİN rəhbəri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də görüş keçirib. Tərəflər Ukrayna ətrafındakı vəziyyət və bu istiqamətdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Aysel Əliyeva
Globalinfo.az