tramp 2 900x506 2

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni bitirməyin asan olacağını düşündüyünü, lakin bu məsələdə yanıldığını etiraf edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Hindistanın baş naziri Narendra Modi ilə görüşü zamanı deyib.

Trampın sözlərinə görə, vəziyyəti xeyli mürəkkəbləşdirən əsas amil Rusiya prezidenti Vladimir Putin ilə Ukrayna lideri Volodimir Zelenski arasında dərin qarşılıqlı etimadsızlığın və şəxsi münasibətlərin gərgin olmasıdır.

“Mən səkkiz müharibəni dayandırmışam və açığını desəm, düşünürdüm ki, bu, ən asan həll ediləcək münaqişələrdən biri olacaq. Ancaq onlar bir-birlərini o qədər də sevmirlər. Bu, vəziyyəti xeyli çətinləşdirir”, – deyə Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, yaxın vaxtlarda həm Putin, həm də Zelenski ilə çox yaxşı danışıqlar aparıb və hər iki tərəf münaqişənin başa çatmasını istədiyini açıqlayıb.

Tramp Fransada iyunun 15-17-də keçirilən G7 Sammiti çərçivəsində də Ukrayna mövzusuna toxunub. O bildirib ki, İran məsələsi artıq Vaşinqton üçün əvvəlki qədər prioritet deyil və ABŞ diqqətini Ukrayna böhranının nizamlanmasına yönəldəcək.

Ağ Ev rəhbəri  həmçinin Rusiyanı Kiyevlə razılığa gəlməyə çağırıb və vurğulayıb ki, ABŞ-ın Ukraynadakı münaqişədə iştirakı əsasən Avropa İttifaqına silah satışı ilə məhdudlaşır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: