ABŞ Prezidenti Donald Tramp G7 sammitində Avropa liderləri ilə gizli razılıq əldə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa diplomatlarına istinadən məlumat yayıb.
Danışıqlarda iştirak edən şahidlərin dediklərinə görə, Tramp həmkarlarından İranla razılaşmanın dəstəkləməsi istəyib:
“Tramp deyib ki, ABŞ vitse-prezidenti Ceyms Di Vens Tehranla saziş üçün Cenevrəyə getməmişdən qabaq Hörmüz boğazının minalardan təmizlənməsi üçün yardım göstərsinlər.
ABŞ lideri jurnalistlərə açıqlamasında Avropanın yardımının əhəmiyyətini azaldaraq “çox böyük köməyə ehtiyac olmayacaq” deyib. Lakin qapalı görüşlərdə o, İranla bağlı razılaşma üçün həm sözlü, həm də maddi dəstək istəyib”.
İddialara görə, Tramp bunun qarşılığında Ukraynaya dəstək verəcək.
Əliyar Xəlil
Globalinfo.az