“ABŞ Prezidenti Donald Trampla danışıqlarda Vladimir Putinlə üçtərəfli görüşün mümkünlüyü müzakirə olunub”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, belə bir görüşün ABŞ-da keçirilməsi variantı da nəzərdən keçirilir:
“Əgər Rusiya bu formatı qəbul etməsə, prosesin irəliləməsi üçün əlavə beynəlxalq təzyiq mexanizmlərinə ehtiyac yaranacaq”.
Ukrayna lideri bu təşəbbüsün müharibənin diplomatik həllinə doğru mümkün addımlardan biri ola biləcəyini vurğulayıb, lakin Moskvanın mövqeyi həlledici faktor olaraq qalır.
Safura Bənnayeva
Globalinfo.az