
Rusiyadan təhlükə yaranacağı təqdirdə NATO bütün üzv ölkələrin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçəcək.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Holqer Neumann bildirib.
O, NATO ərazisinin hər qarışının eyni səviyyədə müdafiə olunmasının vacibliyini vurğulayaraq, zərurət yaranarsa, əməliyyatların həyata keçirilə biləcəyini qeyd edib.
General bu kontekstdə Kalininqrad vilayəti, Sankt-Peterburq, Kola yarımadası və Qara dəniz regionunu da xatırladıb.
Safura Bənnayeva
Globalinfo.az