İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani regionda yaranmış geosiyasi vəziyyətin Gürcüstan üçün yeni iqtisadi imkanlar yarada biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Diplomatın sözlərinə görə, Fars körfəzi ətrafında gərginliyin artması və dəniz nəqliyyatı marşrutlarında yaranan risklər fonunda Gürcüstan üzərindən keçən quru nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da yüksəlir.
Mocani qeyd edib ki, Tehran və Tbilisi arasında ticarət əlaqələrinin genişləndirilməsi vacibdir. O, iki ölkə arasındakı ticarət dövriyyəsinin daha balanslı səviyyəyə çatdırılması istiqamətində çalışacağını vurğulayıb.
Səfir həmçinin regional yükdaşımaların artırılması üçün yeni logistika və nəqliyyat marşrutlarının inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Onun fikrincə, mövcud şərait quru dəhlizlərinin beynəlxalq ticarətdə rolunu daha da artırır.
Tahir Turan
Globalinfo.az