
REKLAM BANNERİ
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında “Zvartnots” beynəlxalq hava limanının genişləndirilməsinin zəruri olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Əlaqəli xəbər
Azərbaycanda 3 nəfərin öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
Baş nazir qeyd edib ki, mövcud hava limanı artan tələbatı tam şəkildə qarşılamır və bu, operativ həll tələb edən problem kimi qiymətləndirilməlidir:
“Ölkədə beynəlxalq səviyyəli aviasiya təhlükəsizliyi standartlarının tətbiqi vacibdir və bu məsələ “təxirəsalınmaz” xarakter daşıyır. Gündəmdə Sünik (Zəngəzur-red.) hava limanına beynəlxalq status verilməsi məsələsi də var və bu istiqamətdə genişmiqyaslı işlərin aparılması planlaşdırılır”.
Safura Bənnayeva
Globalinfo.az