Azərbaycanda fəaliyyət göstərən məktəblərdə dərsliklərin yığılmasına başlanılıb.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, proses hazırda davam edir:
“Dərsliklər şagirdlərdən tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınır. Hazırda da dərsliklərin şagirdlərdən təhvil alınması prosesi aparılır”.
Qeyd edək ki, tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də sona çatır.