ceyhun fidan 1

8 iyun tarixində İstanbul şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual istiqamətləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış üçtərəfli əməkdaşlıq mexanizminin regional sabitliyin, təhlükəsizliyin, enerji və nəqliyyat bağlantılarının təşviqində mühüm rolunu vurğulayıblar. Bu çərçivədə, Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi, regional tranzit imkanlarının genişləndirilməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər həmçinin bölgəmizdə davamlı sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini qeyd edərək, regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə və əlaqələndirilmiş səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***17:52

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifahın əsas dayaqlarından biri olaraq qalmaqda davam edən AzərbaycanTürkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsinə həsr olunub.

Görüş zamanı siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantılılıq layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya daxil olmaqla ikitərəfli əməkdaşlığın geniş gündəliyi nəzərdən keçirilib.

Nazirlər həmçinin Cənubi Qafqazda davamlı sülhün və normallaşmanın təmin olunması istiqamətində səylər, regional bağlantılılıq təşəbbüsləri və Orta Dəhlizin artan strateji əhəmiyyəti də daxil olmaqla regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.

İki ölkənin XİN rəhbəri bildiriblər ki, ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulan AzərbaycanTürkiyə qardaşlığı əvvəlkindən daha güclü olaraq qalır və regional təhlükəsizliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verməyə davam edir.

***14:56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, görüş İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

    Hər üç ölkənin xarici işlər nazirlərinin təkbətək görüşlərindən sonra birgə toplantının keçirilməsi gözlənilir.

    Daha sonra birgə media konfransı planlaşdırılıb.

    Paylaş: