zatulin1

Hakim “Vətəndaş Müqaviləsi” partiyasının Ermənistandakı parlament seçkilərində qələbəsi onun Rusiyadan uzaqlaşmaq siyasətinin davam etdirilməsi deməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədri birinci müavini Konstantin Zatulin “RTVI”yə müsahibəsində deyib.

O, həm dərc olunmuş rəqəmlərin həqiqiliyini, həm də səsvermənin qanuniliyini şübhə altına alıb.

“Əgər Nikol Paşinyan nəzarəti və hakimiyyəti, qanuni və ya qeyri-qanuni yolla qoruyub saxlayarsa, onun əvvəlki kursu davam edəcək. Bu isə Rusiyadan uzaqlaşmaqla bağlı idi.

Lakin İrəvanın bütün əvvəlki bəyanatlarına baxmayaraq, tez ya gec Gümrüdəki Rusiya hərbi bazasının mövcudluğu məsələsi qaldırılacaq”, – deyə Zatulin qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: