ermeni polis 2

Ermənistanda seçki qanunvericiliyini pozmaqda şübhəli bilinən 14 vətəndaş saxlanılıb.

Globalinfo.az bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda deyilir.

Bundan başqa, bir rüşvətvermə və bir silah gəzdirmə faktı da qeydə alınıb

***16:11

Ermənistanda bələdiyyə seçkiləri ilə əlaqədar hüquq-mühafizə orqanlarına qanun pozuntuları barədə 29 məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, saat 14:00-a qədər qeydə alınan müraciətlər əsasında 6 nəfər nəzarətə götürülüb.

Qeyd olunub ki, seçki prosesi zamanı baş verdiyi iddia olunan digər pozuntularla bağlı 121 müraciət isə hazırda araşdırma üçün müvafiq qaydada işlənir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: