Xankəndidə təşviş başladı – “Bu 4 variantdan biri mütləqdir…”

Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarın Qarabağdakı insident haqqında dünənki bəyanatı separatçılar arasında təşvişə səbəb olub.

Globalinfo.az xəbər verir ki, separatçılar Klaarı Azərbaycanın maraqlarını müdafiə etməkdə ittiham ediblər.

Xüsusilə separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Artak Beqlaryan Klaara olan etimadlarını itirdiklərini bildirib:

“Ya o həvəskar diplomatdır, ya azərbaycanlılar onun beynini yuyur, ya korrupsiyaya bulaşmış məmurdur, ya da onun Avropa dəyərləri barədə təhrif olunmuş təsəvvürləri var. Bu dörd varinat mütləqdir”.

Qeyd edək ki, dünən separatçıların Azərbaycan hərbçilərinə hücumundan sonra Toivo Klaar Bakını müdafiə edən tvit paylaşıb. O, tvitində Bakı ilə danışıqların mütləq aparılması gərəkdiyini bildirib:

“Mən Bakıya qayıtdım. Səbirsizliklə Azərbaycan rəhbərliyi ilə Münxen görüşündən sonrakı sülh prosesini irəlilədilməsi üçün məzmunlu görüşün keçirilməsini gözləyirəm. Bugünkü insident stabillik və ədalətli sülhün əldə olunması üçün danışıqların irəlilədilməsinin əhəmiyyətini göstərir”.

İlkin Həsənov
Globalinfo.az