tramp iran

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla qarşıdurmanı yaxın zamanda ya ikitərəfli razılaşma, ya da daha sərt vasitələrlə yekunlaşdırmağı planlaşdırır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Viskonsin ştatının Çippeva-Fols şəhərində kənd təsərrüfatına həsr olunmuş dəyirmi masada bildirib.

“Biz elə bir mərhələyə çatmışıq ki, İrandan çox qısa müddətdə çıxmalı olacağıq və bu, qətiyyətli addım olacaq. Bu, istər kağız üzərində imzalanacaq sazişlə, istərsə də daha sərt üsullarla baş verəcək”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, proses artıq yekun mərhələyə yaxınlaşıb.

“Bu məsələ ilə demək olar ki, artıq işi bitirmişik. Görəcəksiniz ki, hər şey ya sənəd imzalanması ilə, ya da daha mürəkkəb üsulla başa çatacaq. Baxmayaraq ki, saziş yolu əslində daha sadə variantdır”, – deyə ABŞ lideri vurğulayıb.

Paylaş: