3 13

“Əlbəttə ki, oyunlarımız çətin keçdi. Qrupdan birinci çıxdığımıza görə güclü rəqiblərlə qarşılaşdıq”.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov deyib.

O, Slovakiyada Avropa çempionu olub ölkəmizə qayıdan yığmamızın qarşılanma mərasimində komandamızın uğurundan danışıb:

“Futbolçularımız çox yaxşı səviyyədə hazırlaşmışdılar, fiziki olaraq da kifayət qədər güclü idilər. Ona görə də finala qədər gəldik. Həlledici görüşdə Ukraynanı udub ikiqat Avropa çempionu olduq. Uşaqlar dünya çempionatından sonra da hazırlıqlara diqqət yetirib qitə miqyasında da qələbə qazandılar. Mən Slovakiyadakı Azərbaycan səfirliyinə və orda bizi dəstəkləyən həmvətənlərimizə təşəkkür edirəm. Bu dəstək uşaqlarda böyük motivasiya yaratmışdı. Bunun nəticəsidir ki, qələbələr qazandıq. Sevinirəm ki, bu uğuru qazandıq. Şadam ki, Prezident İlham Əliyev bizə 1 milyon manat mükafat ayırıb. Cənab Prezidentə federasiyamız, kollektivimiz adından təşəkkür edirəm. Ölkə başçımız hər qalibiyyətimizdə bizi qəbul edir, dəstəyini göstərir. Bunun nəticəsidir ki, biz daha məsuliyyətli oluruq”.

Paylaş: