razi nurullayev 12mescid

Milli Cəbhə Partiyasına ağır itki üz verib.

Globalinfo.az xəbər verir ki, Partiyanın Təşkilat Şöbəsinin müdiri Kamil Babayev vəfat edib.

Partiya sədri Razi Nurullayev Kamil Babayevin uzun müddət xəstəlikdən müalicə aldığını bildirib.

“Bu gün söz tapmaq çətindir… Milli Cəbhə Partiyasının dəyərli siması, uzun illər bizimlə bərabər addımlayan Kamil Babayev aramızdan getdi. O, sadəcə bir partiya funksioneri deyildi, həm də inandığı yolun səssiz, amma möhkəm daşıyıcısı idi. Çətinliklərdən keçdi, geri çəkilmədi, son ana qədər mübariz qaldı. Elə xəstəliyi ilə də mücadilə apardı, təəssüf ki, onu yenə bilmədi. Belə insanlar az və itkiləri çox ağır olur. Kamil bəyin yoxluğu içimizdə dərin bir boşluq yaratdı. Onun səmimiyyəti, sədaqəti və möhkəm duruşu yaddaşımızdan silinməyəcək. Çox kədərliyəm… Allah rəhmət eləsin”, – R.Nurullayev qeyd edib.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: