trumptan kuba aciklamasi onunla ne istersem yapabilirim

ABŞ Prezidenti Donald Tramp Kubada rejim dəyişikliyini hədəflədiyini və bunu İranla münaqişə başa çatdıqdan dərhal sonra həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

Tramp Kuba ilə bağlı planlarının olduğunu söyləyib və bunun “kubalılara kömək” məqsədi daşıdığını vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Trampın hazırda həyata keçirdiyi siyasət ənənəvi olaraq ABŞ-a qarşı mövqe tutan rejimlərin dəyişdirilməsinə yönəlib:

“Venesuelada 1998–1999-cu illərdə formalaşan sosialist rejimin və Prezident Nikolas Maduronun hakimiyyətinin devrilməsinə yönələn siyasət buna ən yaxın nümunələrdən biridir. İrana qarşı aparılan əməliyyatların əsas məqsədi də məhz uzun müddətdir ABŞ-la düşmən münasibətdə olan rejimin dəyişdirilməsidir.

1959-cu ildən etibarən ABŞ öz sərhədlərinə yaxın yerləşən Kubadakı sosialist rejimin süqutunu arzulayır. Əvvəl Fidel Kastro, daha sonra isə Raul Kastronun rəhbərliyi altında bu rejim ABŞ-a düşmən münasibət bəsləyib.

zeynal serh
Zeynal Əmrəliyev

Vaşinqton özünə müxalif olan, ÇinRusiya ilə əməkdaşlıq edən rejimləri zəiflətməyə, ya da dəyişdirməyə çalışır. Latın Amerikasının digər ölkələrində də bu tip rejimlər mövcuddur. Düşünürəm ki, Kubadan sonra Tramp həmin ölkələrə də diqqət yetirəcək.

Hazırda Kubada sosial-iqtisadi vəziyyət olduqca ağırdır. ABŞ sanksiyaları və blokadası ölkədə ciddi problemlər yaradıb. Hətta bəzi bölgələrdə içməli su təchizatında da fasilələr yaranıb. Bu gün Kubada milyonlarla insan sosial və iqtisadi çətinliklərlə üzləşir. Bütün bu təzyiqlər isə rejimin dayaqlarını sarsıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: