ndrt

Tağlar mağarasında tapılan neandertal insan qalığı Yaponiyada analiz mərhələsindədir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 2026-cı il arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış mərasimində deyib.

O bildirib ki, hazırda bu qalığın üzərində tədqiqat işləri aparılır: “Yaponiyadan analizin cavabını gözləyirik. Nəticələri barədə dünya ictimaiyyətinə geniş məlumat verəcəyik. Analizin nəticələrinin bu il açıqlanacağı gözlənilir. Bu tapıntı arxeoloji qazıntıların ən mühüm naliyyətlərindən biridir”.

Qeyd edək ki, Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında tədqiqat aparıb. Tədqiqatın əsas nəticəsi 1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il olan neandertal insana aid qalıqdır.

Paylaş: